SİZİN REKLAM BURADA!
055 213 76 73


  
Azərbaycanda xarici valyuta ilə kreditlərin verilməsi ilə bağlı qadağanın müddəti bu gün bitib.
 
BAKU.WS-in məlumatına görə, aprelin 4-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının keçirilən iclasında belə bir qərar qəbul edilmişdi.
 
Bildirilmişdi ki, xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair qərar qəbul edilib.
 
Bu gündən etibarən həmin qadağa qüvvədən düşmüş hesab olunur. 
 
BAKU.WS