SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib.

"Qafqazinfo”ya daxil olan məlumata görə, qurumun sədri Rüfət Aslanlı Palatanın təşkilati strukturunun formalaşdırılması və görülən işlər barədə məlumat verib. Sədr bank sektorunda yerli və xarici valyuta ilə verilən istehlak kreditləri, devalvasiya nəticəsində bu kreditlərin durumu, onun sosial iqtisadi nəticələrindən danışıb. Diqqətə çatdırılıb ki, bu prosesslər nəticəsində bankların likvidliyi və kapital mövqeyləri zəifləmiş, atılmış restruktrizasiya və digər preventiv tədbirlərə baxmayaraq mövcud mənfi tendensiyalar davam edir. Geniş müzakirələr nəticəsində, xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində yeni tənzimləyici çərçivələrinin müəyyən edilməsinə dair qərar qəbul edilib.

Bununla əlaqədar, həmçinin, qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi 5 aprel 2016-cı il tarixindən etibarən 1 ay müddətinə dayandırılsın və bu haqda müvafiq göstərişlər kredit təşkilatlarına göndərilsin. Palata bu müddətin uzadılması hüququnu da öz üzərində saxlayıb.
 
BAKU.WS