SİZİN REKLAM BURADA!
055 213 76 73


"S&P Global Ratings" reytinq agentliyi bu il ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının 2% azalaraq 6,243 mlrd. ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu məbləğ dördaylıq idxalı ödəmək üçün kifayət edir

"S&P"nin uzunmüddətli proqnozlarına gəldikdə, 2022-ci ildə AMB-nin valyuta ehtiyatları 6,305 mlrd. dollara, 2023-cü ildə 6,474 mlrd. dollara və 2024-cü ildə isə 6,597 mlrd. dollara çatacaq.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun son proqnozuna əsasən, 2021-ci ildə AMB-nin valyuta ehtiyatları 6,3 mlrd. dollara bərabər olacaq.

Xatırladaq ki, bu ilin yanvarın 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 6,369 mlrd. dollar təşkil edib.

BAKU.WS