2020-ci ilin yanvar-oktyabr ayları ərzində ölkə ərazisindən 5,7 min ton tütün yığılıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, müafiq dövr ərzində 340 milyon manat dəyərində tütün məmulatları istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 18,3 faiz artım qeydə alınıb.

Ötən ilə nisbətən fermentləşdirilmiş tütün məhsullarının 1,9 faiz azalıb, papiros və siqaretlərin istehsal həcmi isə 32,8 faiz artıb.

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara satılan tütün məmulatlarının həcmi 3 faiz artıb.

Eləcə də, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 8 milyon 373,2 min dollar dəyərində 3,4 min ton həcmində tütün ixrac edilib.

BAKU.WS
QALEREYA