Zelenski Ukrayna ordusunun itkisini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiya ilə müharibə başladığı 2022-ci ildən bəri təxminən 100 min hərbçisini itirdiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə dövlət başçısı CBS kanalında yayımlanan "60 dəqiqə" proqramına verdiyi müsahibəsində danışıb.
"Ukrayna Silahlı Qüvvələrinin itkiləri 100 minə qədərdir", – deyə Zelenski bildirib. Prezident dəqiq rəqəmi açıqlamayıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi daha əvvəl - 2 aprel 2025-ci ildə yaydığı məlumatda yalnız bu ilin əvvəlindən Ukrayna Silahlı Qüvvələrinin 138 min 545 nəfər itki verdiyini bildirmişdi. Rəsmi Moskva bu göstəricinin 1 yanvar – 1 aprel tarixlərini əhatə etdiyini açıqlayıb.
Oxşar xəbərlər
Livanda İtaliya hərbçilərinin olduğu bazaya raket düşüb
Livanda İtaliya hərbçilərinin yerləşdiyi bazasya raket düşüb. Sursatın kim tərəfindən buraxıldığı hələlik məlum deyil. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki...