Venesuela ABŞ-yə xəbərdarlıq etdi: "Sahilimizdən uzaq durun»
Venesuela Prezidenti müavini və neft naziri Delsi Rodriqes ABŞ-ni ölkəsinin sahillərindən uzaq durmağa çağırıb.
BAKU.WS xəbər verir ki, o, ABŞ-nin Karib dənizinə hərbi gəmilər göndərməsini "düşmənçilik addımı" adlandırıb və belə deyib:
"Öz problemlərinizi həll edin və sahillərimizdən, torpaqlarımızdan uzaq durun. ABŞ Venesuelaya hücum edərsə, bu, onların ən böyük kabusu olacaq".
Rodriqes əlavə edib ki, ABŞ Venesuelanın enerji resurslarını ələ keçirmək niyyətindədir və ölkəni narkoticarətlə bağlı ittiham etmək böyük saxtakarlıqdır.
Qeyd edək ki, ABŞ rəhbərliyi narkokartellərlə mübarizə bəhanəsi ilə Karib dənizinə 7 hərbi gəmi və bir sualtı göndərib. Həmçinin Venesuela lideri Nikolas Maduronun tutulması üçün mükafat 50 milyon dollara qaldırılıb.
Oxşar xəbərlər
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Hörmüz boğazında qayda pozan, İranın müəyyən etdiyi marşrutdan kənar üzən gəmilər təhlükə altındadır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran...