Venesuela ABŞ-lə 25 illik neft razılaşmasının detallarını açıqladı

Venesuela ABŞ-lə 25 illik neft razılaşmasının detallarını açıqladı
Dünya 0

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ABŞ-lə əldə edilən neft razılaşmasının 25 il müddətinə qüvvədə olacağını açıqlayıb.

BAKU.WS "İnterfaks"a istinadən xəbər verir ki, Rodriges dövlət televiziyasında yayımlanan müraciətində saziş çərçivəsində 17 strateji neft yatağının işlənməsinin nəzərdə tutulduğunu bildirib.

Onun sözlərinə görə, layihənin ilkin mərhələsində gündəlik 1,5 milyon barel neft hasilatı gücünün yaradılması planlaşdırılır. Daha sonra daha 8 yatağın da istismara cəlb edilməsi nəzərdə tutulur.

Rodriges hesab edir ki, neftin bir barelinin orta hesabla 65 dollar qiymətindən hesablandığı halda, layihə Venesuelaya ümumilikdə 209 milyard dollar gəlir gətirə bilər. Hər satılan bareldən təxminən 19 dolların birbaşa ölkə büdcəsinə daxil olacağı bildirilir.

Venesuelanın müvəqqəti prezidenti razılaşmanın ölkənin suverenliyinə və təbii sərvətləri üzərində nəzarətinə xələl gətirməyəcəyini vurğulayıb. O qeyd edib ki, əməkdaşlıq çərçivəsində ölkənin sanksiyalardan ciddi zərər görmüş neft sektorunun bərpası üçün kapital, müasir texnologiyalar və peşəkar biliklərin cəlb edilməsi mümkün olacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vaşinqtonla Karakas arasında tarixdəki ən böyük neft razılaşmasının əldə edildiyini açıqlamışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər