Vaşinqtonda qəzaya uğrayan təyyarədə həlak olanların 55-nin şəxsiyyəti müəyyən edilib

Vaşinqtonda qəzaya uğrayan təyyarədə həlak olanların 55-nin şəxsiyyəti müəyyən edilib
Foto
Dünya 112

ABŞ-nin Vaşinqton ştatında təyyarə qəzasında həlak olan 67 nəfərdən 55-nin qalıqları çıxarılıb və şəxsiyyətləri müəyyənləşdirib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bunu şəhərin Yanğın və Tibbi Xidmətlər üzrə komissarı Con Donnelli bildirib.

Qeyd olunub ki, təyyarənin qalıqlarının çıxarılmasına bu gün, fevralın 3-də başlamaq planlaşdırılır.

Axtarışda iştirak edən dalğıclar və xilasedicilər ciddi protokollara riayət edir, xüsusən də cəsəd aşkar edilərsə, onlar qalıqların daşınmasını dayandırmağa borcludurlar. Bir dalğıc hipotermiya diaqnozu ilə xəstəxanaya aparılıb.

Qəzaya uğrayan iki təyyarənin hissələrinin yük maşınlarına yüklənərək təhqiqat üçün anqara aparılacağı gözlənilir.

Xatırladaq ki, yanvarın 29-da PSA Hava Yollarına məxsus sərnişin təyyarəsi Vaşinqton hava limanına yaxınlaşarkən təlim uçuşu həyata keçirən Sikorsky UH-60 Black Hawk hərbi helikopteri ilə toqquşub. Hər iki hava gəmisi çaya düşüb. Təyyarənin göyərtəsində 64, helikopterdə isə 3 nəfər olub. Onların hamısı ölüb.

Oxşar xəbərlər

Bərzaninin evinə PUA hücumu olub

Bərzaninin evinə PUA hücumu olub

Rəsmi Bağdad İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin evinə pilotsuz uçuş aparatı ilə (PUA) hücumdan sonra araşdırma aparılması barədə göstəriş ver...

76 Dünya 20:31 28 mart 2026

Son xəbərlər