Ukraynada müharibənin bir günü 450 milyon dollara başa gəlir

Ukraynada müharibənin bir günü 450 milyon dollara başa gəlir
Dünya 13

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiya ilə müharibənin ölkəyə gündə təxminən 450 milyon dollara başa gəldiyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, Sibiqa bu barədə Polşada keçirilən PISM Strategic Ark Konfransında çıxışı zamanı bildirib.

"Ukrayna üçün müharibənin bir günü təxminən 450 milyon dollara başa gəlir. Biz bunun ən ağır bədəlini ödəyirik", – nazir deyib.

Sibiqanın sözlərinə görə, 2026-cı il Ukrayna üçün sülhə nail olmaq baxımından həlledici ola bilər. Lakin o, ABŞ-ın iştirakı olmadan sülh prosesinin yekunlaşdırılmasının real olmadığını vurğulayıb.

Nazir ABŞ-ın prosesdə iştirak etməklə yanaşı, Rusiyaya təsir və təzyiq göstərməsinin də vacib olduğunu bildirib.

Qeyd edək ki, Ukrayna Ali Radasının məlumatına görə, ötən ilin sentyabrında müharibəyə gündəlik xərclər 172 milyon dollar təşkil edib. 2024-cü ildə isə bu göstərici 140 milyon dollar olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər