UKMTO: Ədən körfəzində piratçılıq artıb
Ədən körfəzində pirat fəaliyyətinin artması müşahidə olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
"Mərkəz Ədən körfəzində şübhəli fəaliyyətlə bağlı müxtəlif mənbələrdən məlumatlar alıb. Pirat qayıqlarının gəmilərə yaxınlaşması ilə bağlı çoxsaylı məlumatlar daxil olub. İki xarici mühərrikli böyük bir qayıqda nərdivan və silahlar müşahidə edilib.
Ərazidən keçən gəmilərə ehtiyatlı olmaq, dəniz təhlükəsizliyi qaydalarına əməl etmək və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur", - deyə açıqlamada bildirilib.
Oxşar xəbərlər
Tramp İranla müharibəni yenidən başlatmaq barədə qərarını sabah açıqlayacaq
İranla razılaşma və ya hərbi əməliyyatların yenidən başlaması şansı 50-50-dir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp...