Türkiyədə 300-dən çox adam dönərdən zəhərləndi
Türkiyənin Kocaeli şəhərində dönərdən kütləvi zəhərlənmə olub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Körfez məhəlləsi Atatürk küçəsində yerləşən restoranda toyuq dönəri yeyən vətəndaşlar qısa müddətdə xəstələnib.
Eyni müəssisədə yemək yediyi aşkarlanan vətəndaşlar ürəkbulanma və qusma şikayəti ilə həkimə müraciət ediblər.
Zəhərlənmə əlamətləri olan 300-dən çox insan Körfez Dövlət Xəstəxanası, Derince Təhsil və Araşdırma Xəstəxanası və Dilovası Dövlət Xəstəxanasında müalicə alıb. Müdaxilələrin ardından bəzi xəstələr evə buraxılıb, Derincədə müalicə görən 2 nəfərin vəziyyəti isə kritik olaraq qalır.
Hadisədən dərhal sonra şikayətlərin mənbəyi sayılan dönərxana polislər tərəfindən möhürlənərək müvəqqəti olaraq bağlanıb.
Rayon Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Müdirliyinin əməkdaşları müəssisəyə baxış keçirib və məhsullardan nümunələr götürüblər.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Qalereya
Oxşar xəbərlər
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
Bir vaxtlar mərc oyunlarını sosial şəbəkələrdə təbliğ edən və bu sahədən böyük sərvət qazanan Malayziya vətəndaşı Aaron Lim bütün var-dövlətini itirib. BAKU.WS...