Taksi tapa bilməyən məşhur aktyor avtobusa mindi
29
okt
2024
16:46
Joker obrazı ilə məşhurlaşan məşhur amerikalı aktyor Jared Leto konsert üçün gəldiyi İstanbulda taksi tapa bilmədiyi üçün avtobusa minib.
BAKU.WS xəbər verir ki, maska taxmasına baxmayaraq pərəstişkarları tərəfindən asanlıqla tanınan Letonun həmin anları qısa zamanda internetdə trend mövzusuna çevrilib.
Bu yaxınlarda Kuzgunçaka gedən 52 yaşlı Jared Leto 11 milyon izləyicisi olan instaqram hesabında makaron yeyərkən çəkdirdiyi pozanı paylaşıb.
Qeyd edək ki, Jared Leto "Morbius", "House of Gucci", "Requiem for a Dream" kimi məşhur ekran işlərində rol alıb.
Oxşar xəbərlər
İranda silahlı qarşıdurma başlayıb
İranın İranşəhr bölgəsində atışma səsləri eşidilir. BAKU.WS bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Bildirilir ki, "Ceyş əl-Ədl" silahl...