SEPAH ABŞ-nin Bəhreyndəki bazasına hücum edib
14
iyl
2026
22:34
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyndəki bazasına raket hücumu həyata keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə SEPAH "Telegram" kanalında məlumat yayıb.
"Şeyx İsa" aviabazası və ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci donanmasının mənzil-qərargahı İran tərəfindən kütləvi raket və pilotsuz aparatı (PUA) zərbələrinə məruz qalıb", - SEPAH-ın bəyanatında bildirilir.
Daha əvvəl İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın hədələrinə sözlə yox, əməlləcavab veriləcəyini bildirib.
Oxşar xəbərlər
İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ABŞ və İsrailə qarşı mümkün yeni qarşıdurma ilə bağlı açıqlama verib. BAKU.WS xəbər verir ki, Rezai...