Rusiyalı kosmonavt Kaliforniyada davam edən yanğınların fotolarını paylaşdı
Rusiyalı kosmonavt Aleksandr Qorbunov Kaliforniyada baş verən meşə yanğınlarının fotolarını Beynəlxalq Kosmik Stansiyadan (BKS) çəkərək yayımlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Yanğınlar 7 yanvar tarixində Los-Anceles bölgəsində yayılmağa başlayıb. Hazırda bölgədə fövqəladə vəziyyət elan edilib. Yanğınların sahəsi 1300 hektarı keçib.
Son məlumata görə, hadisə nəticəsində 10 nəfər həlak olub. Minlərlə ev, o cümlədən məşhurlara məxsus villalar tamamilə yanaraq məhv olub. Los-Ancelesin təxminən 180 min sakini təxliyə barədə xəbərdarlıq alıb.
Bu yanğın Kaliforniya tarixində ən dağıdıcı, ABŞ tarixində isə ən bahalı yanğınlardan biri olaraq qiymətləndirilir.
Oxşar xəbərlər
Hörmüz boğazında gərginlik qlobal iqtisadi sabitliyə hansı təsirləri göstərə bilər?
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Hörmüz boğazında gərginlik və enerji infrastrukturuna hücumlar qlobal iqtisadi sabitliyə han...