Rusiya Kiyevi "İsgəndər" raketləri ilə vurub

Rusiya Kiyevi İsgəndər raketləri ilə vurub
Foto
Dünya 94

Rusiya ötən gecə Kiyevə kütləvi raket zərbələri endirib.

BAKU.WS xəbər verir ki, Ukraynanın paytaxtına ümumilikdə 13 ədəd "İsgəndər" raketi atılıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin "Facebook" üzərindən yaydığı məlumata görə, sentyabrın 7-nə keçən gecə Rusiya tərəfi ümumilikdə 818 hava hücumu vasitəsindən istifadə edib. Ukraynanın hava hücumundan müdafiə qüvvələri isə 751 hədəfi məhv etməyə nail olub.

Rəsmi açıqlamaya əsasən, hücum zamanı 37 yaşayış məntəqəsi zərbə altına düşüb, bu müddətdə 9 raket və 56 pilotsuz uçuş aparatı vurularaq sıradan çıxarılıb.

Kiyev meri Vitali Kliçko qeyd edib ki, Peçersk rayonunda hökumət binasında Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması nəticəsində yanğın olub.

Bildirilir ki, Rusiya 805 ədəd "Shahed" kamikadze dronundan, 9 "İsgəndər-K" tipli qanadlı raketdən və 4 "İsgəndər-M/KN-23" ballistik raketindən istifadə edib.

Oxşar xəbərlər

Antalyanın polis rəisi HƏBS EDİLDİ

Antalyanın polis rəisi HƏBS EDİLDİ

Antalyanın polis rəisi İlker Arslan həbs olunub. BAKU.WS Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyi tərəfindən vəzifədən kənarlaşd...

26 Dünya 13:32 07 sentyabr 2025

Son xəbərlər