Polşa baş naziri onu oğurlamağa çağırışlara cavab verdi
Polşanın baş naziri Donald Tusk Venesuela prezidenti Nikolas Maduronun ardınca onun da oğurlanmasına dair çağırışlara görə yerli müxalifəti tənqid edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
"Onlar demokratik seçkilərdə qələbələrinə inanmağı dayandırıblar və "Tusk diktaturası"nı devirmək üçün kənardan müdaxiləyə dua etməyə başlayıblar. Bundan aşağı enmək artıq mümkün deyil", - deyə baş nazir yazıb.
Qeyd edək ki, Maduro xanımı Siliya Floreslə birlikdə yanvarın 3-də ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində ələ keçirilərək Nyu-Yorka aparılıb.
Oxşar xəbərlər
İlon Mask tarixdə ilk trilyonçu oldu
Amerikalı iş adamı İlon Mask "SpaceX" şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) nəticəsində tarixdə sərvəti 1 trilyon dollar həddini keçən ilk...