Orban: "Ukrayna NATO ilə Rusiya arasında bufer zonası olmalıdır"
"Ukrayna NATO üzvü olmamalıdır. Bu ölkə alyansla Rusiya arasında bufer zonası olaraq qalmalıdır, çünki onun Rusiya sərhədlərinə yaxınlığı daimi hərbi münaqişə təhlükəsi yaradacaq".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bu fikri ölkənin cənub-qərbindəki Kapoşvar şəhərində hakim Macarıstan Vətəndaş Birliyi partiyasının fəalları ilə görüşündə bildirib.
O, Ukraynanın NATO-ya qoşulmaq istəyinin mövcud münaqişənin əsas səbəblərindən biri olduğunu xatırladıb.
"NATO və Avropa İttifaqının öz qoşunlarını Rusiya sərhədlərinə gətirə bilməyəcəyini qəbul etməkdən başqa bir həll yolu görmürəm, çünki ruslar buna həmişə hərbi əməliyyatlarla cavab verəcəklər", - deyə baş nazir çıxışında bildirib.
Oxşar xəbərlər
8 ildir sahibi tapılmayan təyyarə 10 avroya hərraca çıxarıldı
İspaniyanın Sevilya hava limanında 2018-ci ildən bəri sahibsiz vəziyyətdə qalan təyyarə cəmi 10 avro başlanğıc qiyməti ilə açıq hərraca çıxarılıb. BAKU.WS xəbər...