Onu vergi qaçaqmalçılığında ittiham edən şəxsə Acundan SƏRT CAVAB

Onu vergi qaçaqmalçılığında ittiham edən şəxsə Acundan SƏRT CAVAB
Foto
Dünya 92

Məşhur türkiyəli iş adamı Acun Ilıcalı onu vergi qaçaqmalçılığında ittiham edən şəxsə cavab verib.

BAKU.WS xəbər verir ki, Acun bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, Turhan Bozkurt adlı sosial şəbəkə istifadəçisi "Üzsüzləri ifşa edəcəksənsə, buradan başla! Acun Ilıcalının holdinqi 3 ildir vergi ödəmir" sözlərini yazıb.

Onu vergi qaçaqmalçılığında ittiham edən şəxsə Acundan SƏRT CAVAB

Acun Ilıcalı isə həmin paylaşımı öz hesabında yayımlayaraq bu ifadələri işlədib:

"Böhtan atanları, cahilləri ifşa edəcəksə, sizdən başlayaq. "Acun Medya Holding" kar məqsədi güdməyən şirkətdir. İdarə etdiyi şirkətlərin 2023-cü ildə ödədiyi ümumi vergi 324 milyon lirədir. Bu il iki dəfə çox verəcəyik. 2500-dən çox ailənin evinə çörək apardığı şirkəti ləkələməkdən utanmırsan.

Madam ki, siz asanlıqla böhtan atırsınız, məncə, sizi həyasız adamların siyahısına sala bilərik. İşə bax, illərlə vergi rekordçusu ol, sonra da özlərindən başqa heç kimə faydası olmayan bu hoqqabazlarla məşğul ol".

Oxşar xəbərlər

Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başlayıb

Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başlayıb

Sind Terrorla Mübarizə İdarəsi (CTD) Pakistanın ən böyük şəhəri Kəraçidə İran yönümlü Liva Zeynəbiyun qruplaşmasına qarşı əməliyyata başladığını elan edib. BAKU...

24 Dünya 23:23 23 oktyabr 2025

Son xəbərlər