Onlar "Tony" mükafatlarının "Ən yaxşıları" seçildilər - SİYAHI

Bu il də "Teatrın Oskarı" adlandırılan "Tony" mükafatları sahiblərinə təqdim olunub.
BAKU.WS xəbər verir ki, Nyu Yorkda "Radio City Music Hall"da keçirilən mötəbər tədbirdə "Pussycat Dolls" qrupu ilə tanınan müğənni Nikol Şerzinger ilk dəfə "Tony" mükafat alıb.
O "Sunset Bulvarı" adlı müzikldakı performansına görə "Ən yaxşı aktrisa" nominasiyasında qalib olub.

Darren Kriss isə "Maybe Happy Ending" adlı müziklda "Ən yaxşı aktyor" nominasiyasında qalib seçilib.

O mərasimdə nitq söyləyərək dəstəyinə görə həyat yoldaşına minnətdarlığını bildirib.
Gecədə "Purpose" "Ən yaxşı teatr tamaşası" adına layiq görülüb.

Teatr kateqoriyasında "Ən yaxşı aktrisa" Sarah Snook seçilib. O "The Picture of Dorian Gray" adlı tamaşaya görə bu mükafatı alıb.
Teatr kateqoriyasında "Ən yaxşı aktyor" isə Kole Eskola olub. O "Oh, Mary!" tamaşasına görə bu mükafata layiq görülüb.

Müzikl kateqoriyasında "Ən yaxşı rejissor Maykl Arden, teatr kateqoriyasında isə "Ən yaxşı rejissor" Sem Pinkleton seçiliblər.
Oxşar xəbərlər
Qızıl Aypara Cəmiyyəti: İsrail Tehranda xilasetmə qrupunu vurub
İsrailin Silahlı Qüvvələri İranın paytaxtı Tehranda zərərçəkənlərə yardım edən yerli xilasediciləri vurub. BAKU.WS-in "Mehr"ə istinadən xəbərinə görə, bu barədə...
