Ömründə heç vaxt müsahibə verməyən rejissor 88 yaşında vəfat etdi
Portuqaliyalı rejissor Rocerio Seytil vəfat edib.
BAKU.WS xəbər verir ki, o 88 yaşında dünyasını dəyişib. Rejissorun ölüm səbəbi və detalları isə hələ ki, açıqlanmır.
"SIC Noticias"da dərc olunan nekroloqda Seytelin ölkənin kino və televiziya sənətinə verdiyi töhfələr vurğulanır.
Onun sevilən layihələrindən biri 1980-ci illərdə beş mövsüm davam edən "Düart və şirkət" komediyasıdır.
Qeyd edək ki, Rocerio Seytl 1937-ci illdə anadan olub. 1960-cı illərin sonlarında kinoya gəlməzdən əvvəl jurnalistika ilə məşğul olub.
O Milli Televiziya kanallarından birinin uşaq və gənclər proqramları şöbəsində çalışıb. 2000-ci ildə o öz şirkətini qurub. Televiziya şouları, oyun və sənədli kinoteatrla məşğul idi.
Məlumat üçün bildirək ki, rejissor mətbuata heç vaxt müsahibə verməyib.
Oxşar xəbərlər
Hindistanda güclü yağışlar 56 nəfərin ölümünə səbəb olub
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında aramsız və güclü yağışlar nəticəsində azı 56 nəfər ölüb, 46 nəfər xəsarət alıb. BAKU.WS xəbər verir ki, sentyabr...