NATO üzvləri Alyans ölkələrinin müdafiə sənayesini bərpa etmək planı barədə razılaşıb
13
fev
2025
23:23
NATO üzvləri Alyans ölkələrinin müdafiə sənayesini bərpa etmək planı barədə razılaşıb.
"Report"un məlumatına görə, bu barədə NATO-nun Baş katibi Mark Rutte Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Onun fikrincə, bu sahədə müəyyən dəyişiklik olmalıdır: "Bu gün alyansın bütün ölkələrində güclü müdafiə sənayesi qurmaq üçün yenilənmiş fəaliyyət planını razılaşdırdıq".
Baş katib əlavə edib ki, bu plan alyansı daha da gücləndirəcək, Avropa və Şimali Amerikada daha çox iş yerləri yaradacaq.
Oxşar xəbərlər
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşm...