NATO PUA-larla mübarizəyə 40 milyard dollar ayırır

NATO PUA-larla mübarizəyə 40 milyard dollar ayırır
Dünya 0

Şimali Atlantika Alyansı (NATO) dronlara qarşı mübarizə məqsədilə yeni proqrama start verir və bu istiqamətə 40 milyard dollar sərmayə yatırılacaq.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte NATO sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda bildirib.

"Bu gün biz "NATO Drone Edge" layihəsinin icrasına başlayırıq. Sözügedən təşəbbüs əsasında müttəfiq ölkələr gələcək beş il müddətində PUA-lara qarşı mübarizə sistemlərinə 40 milyard dollardan artıq maliyyə yatıracaqlar. Bu yeni imkanlar onların idarə olunması üçün müvafiq kadr potensialı tələb etdiyindən, müttəfiqlər həmçinin 2027-ci ilin sonuna qədər öz silahlı qüvvələrində pilotsuz uçuş aparatı operatorlarının sayını beş dəfə artırmağı da öhdəlik kimi qəbul edirlər", - deyə Rütte qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər