MİT Türkiyədə əməliyyat keçirdi, 3 terrorçu ələ keçdi

MİT Türkiyədə əməliyyat keçirdi, 3 terrorçu ələ keçdi
Foto
Dünya 80

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı PKK/KCK terror qruplaşmasının Avropa strukturundan eyni ailədən olan 3 nəfəri ələ keçirib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, PKK/KCK Avropa strukturunda fəaliyyət göstərən 2 bacı Zeynep Taşkıran və Zübeyde Taşkıran İstanbulda, digəri Hatın Şahbaz isə Balıkəsirdə saxlanılıb.

Nəzarətə alınan üç nəfər sövq edildikləri ədliyyə orqanları tərəfindən tutularaq həbsxanaya göndərilib.

Uzun müddətdir MİT-in nəzarətində olan bacı-qardaşdan biri olan Zeynep Taşkıranın PKK/KCK-nın Fransa quruluşu ünsürlərinin Türkiyəyə qarşı təşkil etdiyi hərəkət və fəaliyyətlərdə fəal iştirak etdiyi bildirilir. Kəşfiyyat araşdırmaları nəticəsində PKK/KCK üzvü Zeynep Taşkıranın Almaniya vətəndaşlığını aldıqdan sonra Zizik Şahbaz adı ilə təşkilatçılıq fəaliyyətini davam etdirdiyi müəyyən edilib.

MİT Türkiyədə əməliyyat keçirdi, 3 terrorçu ələ keçdi

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İranda silahlı qarşıdurma başlayıb

İranda silahlı qarşıdurma başlayıb

İranın İranşəhr bölgəsində atışma səsləri eşidilir. BAKU.WS bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Bildirilir ki, "Ceyş əl-Ədl" silahl...

35 Dünya 23:59 29 sentyabr 2026

Son xəbərlər