Luizianada azot qazı ilə edam dayandırıldı

ABŞ-də federal hakim Luiziana ştatında gələn həftə azot qazı ilə həyata keçirilməsi planlaşdırılan edamın dayandırılması barədə qərar verib.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, ABŞ Region Məhkəməsinin hakimi Şelli Dik məhkum Cessi Hoffmanın 18 martda azot qazı ilə edam edilməsini qadağan edən müvəqqəti məhdudlaşdırıcı qərar çıxarıb.
Hakim qərarında azot qazı ilə oksigen çatışmazlığına (hipoksiya) səbəb olmağın ABŞ Konstitusiyasının Səkkizinci Düzəlişinə əsasən "qəddar və qeyri-adi cəza" olub-olmadığının araşdırılmalı olduğunu vurğulayıb.
Luiziana baş prokuroru Liz Murril isə qərardan dərhal apellyasiya şikayəti veriləcəyini açıqlayıb.
Bu, Luizianada son 15 ildə icra ediləcək ilk edam olacaqdı.
Hoffman fevral ayında məhkəməyə müraciət edərək edamının dayandırılmasını tələb etmişdi. Onun vəkilləri ötən həftə keçirilən məhkəmə iclasında azot qazı ilə edamın ABŞ Konstitusiyasına əsasən "qəddar" olduğunu bildiriblər.
Oxşar xəbərlər
Serj Sarkisyan çirkli pulların yuyulmasında ittiham olundu
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana çirkli pulların yuyulması ittihamı irəli sürülüb. BAKU.WS xəbər verir ki, bu barədə "Hraparak" nəşri Ermənistanı...
