Kadırova daha bir mükafat verildi
Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiya Hökuməti yanında Maliyyə Universitetinin mükafatının qalibi oldu.
BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, o, "Federasiya subyektinin rəhbərinin regionun şəhərlərinin inkişafına verdiyi ən yaxşı töhfəyə görə" nominasiyasında birinci yerə layiq görülüb. Çeçenistan lideri bu barədə Telegram kanalında məlumat verib.
Kadırovun sözlərinə görə, mükafat onun adından Qroznı şəhərinin meri Xas-Məhməd Kadırova təqdim edilib. Kadırov qeyd edib ki, onun mükafat alması və Qroznı şəhərinin mükafata layiq görülməsi, respublikanın paytaxtının sürətli inkişafına və həyata keçirilən islahatların uğurlu nəticələrinə işarə edir.
"Çeçenistan Respublikasının birinci Prezidenti, Rusiya Qəhrəmanı Axmat-Hacı Kadırovun komandasının işinin ən yüksək səviyyədə qiymətləndirilməsi çox xoşdur. Bu, şübhəsiz ki, daha fəal fəaliyyət üçün bir stimuldur", - deyə Kadırov bildirib və regionun rifahı üçün hələ çox iş görüləcəyini vurğulayıb.
Qeyd edək ki, avqust ayında Kadırova Rusiya Nobel mükafatı təqdim edilmişdi. Siyasətçi bu mükafatı xüsusi hərbi əməliyyatların keçirilməsinə, hərbçilərə dəstəyə, həmçinin millətlərarası və dinlərarası birliyin möhkəmləndirilməsi və ənənəvi dəyərlərin qorunması istiqamətindəki səylərinə görə almışdı.
Oxşar xəbərlər
HƏMAS bəyanat yayaraq Qəzza zolağında atəşkəsə çağırıb
Fələstinin Həmas hərəkatı İsrail və Livan arasında atəşkəs elan edildikdən sonra Qəzza zolağında atəşkəs sazişi bağlamağa hazırdır. BAKU.WS xəbər verir ki, bu b...