Jurnalistlər Orbana görə Tuskun mətbuat konfransını yarımçıq dayandırıblar
Polşanın Baş naziri Donald Tusk Avropa Siyasi Birliyinin sammiti öncəsi jurnalistlərlə söhbətini dayandırmalı olub.
BAKU.WS xəbər verir ki, buna səbəb mətbuat nümayəndələrinin yanında dayanan Macarıstanın Baş naziri Viktor Orbana daha çox maraq göstərməsi olub.
Tusk jurnalistlərin diqqətini Orban üzərinə yönəltdiyini görərək ona səslənib: "Viktor, onlar səni istəyirlər. Bizim birlikdə şəkil çəkmək istəyirlər".
O, həmçinin Orbannın Rusiya təhlükəsi ilə bağlı verdiyi cavablardan birinə münasibət bildirərək qeyd edib ki, "onun arqumentlərindən istifadə olunanda xoşlayır".
Eyni zamanda, Polşa Baş naziri macar həmkarını Ukrayna ilə bağlı mövqeyinə görə sərt tənqid edib və onun Rusiyanın tərəfində olduğunu eyhamla vurğulayıb:
"Hamıya bəllidir ki, Polşa, NATO və Avropa hansı tərəfdədir. Təəssüf ki, Viktor Orbanın hansı tərəfdə olması da hamıya məlumdur".
Tusk onu da qeyd edib ki, bütün bu ziddiyyətlərə baxmayaraq, Avropadakı tərəfdaşlarla emosiyalarını cilovlayaraq, sivil formada danışa bilir.
Oxşar xəbərlər
8 ildir sahibi tapılmayan təyyarə 10 avroya hərraca çıxarıldı
İspaniyanın Sevilya hava limanında 2018-ci ildən bəri sahibsiz vəziyyətdə qalan təyyarə cəmi 10 avro başlanğıc qiyməti ilə açıq hərraca çıxarılıb. BAKU.WS xəbər...