İsveçrədə siyasətçiyə su tapançasına görə cərimə kəsildi

İsveçrədə bir siyasətçi çəhrayı su tapançası aldığı üçün cərimələnib.
BAKU.WS xəbər verir ki, Aargauer Zeitung qəzetinin məlumatına görə, Sürixin Buchs qəsəbəsinin yerli məclis üzvü Mark Cayzli 2024-cü ilin avqustunda xaç övladlarına hədiyyə etmək üçün bu tapançaları sifariş edib.
Lakin rəsmilər su tapançalarının "çəhrayı olmasına baxmayaraq, görünüşlərinin real silahlarla qarışdırıla biləcəyi" səbəbilə ölkənin silah qanunlarını pozduğunu bildiriblər. Nəticədə Cayzliyə təxminən 7386 dollar cərimə kəsilib.
Siyasətçi qanunu pozduğunun fərqində olmadığını deyib və cəriməni ödədiyini açıqlayıb.
Oxşar xəbərlər
Vaşinqtonda olan Nikol Paşinyan İncildən sitat paylaşdı
Vaşinqtonda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında maraqlı paylaşım edib. BAKU.WS xəbər verir ki, paylaşımda İncildən sitat...