İsrailin müdafiə naziri İrana sərt xəbərdarlıq edib
İsrailin müdafiə naziri İsrael Kats İranın mümkün hücumunun cavabsız qalmayacağını bildirib.
BAKU.WS xəbər verir ki, nazir yerli mətbuata açıqlamasında İranın İsrailə hücum edəcəyi təqdirdə ağır nəticələrlə üzləşəcəyini deyib.
"Əgər İran İsrailə hücum edərsə, dağıdıcı zərbə alacaq və onlar bunu çox yaxşı bilirlər", – deyə Kats vurğulayıb.
Müdafiə naziri, həmçinin yerli medianı İsrail ordusunun əldə etdiyi uğurları yetərincə işıqlandırmamaqda ittiham edib. Onun sözlərinə görə, hökumət hərbi əməliyyatların nəticələri barədə ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.
Kats İsrailin uğurları sırasında İranın ali rəhbəri Ayətullah Əli Xamenei və digər yüksək vəzifəli iranlı rəsmilərin öldürülməsini də qeyd edib.
Oxşar xəbərlər
Yunanıstanda meşə yanğınları başlayıb
Yunanıstanın Salamina adasında, Volos və Attika bölgələrində meşə yanğınları baş verib. BAKU.WS xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Bildirilib...