İsrail Qəzzada HƏMAS sözçüsünə zərbə endirdi – Əbu Übeydənin taleyi naməlumdur
31
avq
2025
16:00
İsrail Müdafiə Ordusunun (SAXAL) Qəzza bölgəsində həyata keçirdiyi zərbə nəticəsində İzzəddin əl-Qəssam Briqadasının – HƏMAS hərəkatının hərbi qanadının – sözçüsü Əbu Übeydənin taleyi naməlum olaraq qalıb.
BAKU.WS xəbər veri ki, Fələstinli mənbələr "Al Arabiya" telekanalına açıqlamasında zərbənin endirildiyi mənzildə bütün sakinlərin öldüyünü bildiriblər.
SAXAL hələ Əbu Übeydənin öldürülməsi ilə bağlı rəsmi bəyanat yaymayıb, HƏMAS isə onun öldüyünü təsdiqləməyib. Hadisənin təfərrüatları hələ dəqiqləşdirilməyib.
Oxşar xəbərlər
İspaniyada güclü yağışlarda bir nəfər öldü, Valensiyada dərslər dayandırıldı
İspaniyanın şimal-şərq və şərq bölgələrində yağan güclü yağışlar daşqına səbəb olub. Hadisə nəticəsində Barselona yaxınlığında bir qadın həyatını itirib. BAKU.W...