İspaniya: "İsrail qəbul edilərsə, Eurovision-a qatılmaya bilərik"

İspaniya Mədəniyyət naziri Ernest Urtasun, İsrailin 2026-cı il "Eurovision" Mahnı Müsabiqəsində iştirakına qarşı çıxıb. O bildirib ki, əgər İsrail yarışmadan kənarlaşdırılmazsa, İspaniya da bu tədbirdə iştirak etməməlidir.
BAKU.WS xəbər verir, nazir İspaniya dövlət radiosu RNE-yə açıqlamasında "İrlandiya, Sloveniya, İslandiya və Niderland kimi biz də mövqeyimizi ortaya qoymalıyıq. Əgər İsrail müsabiqədən uzaqlaşdırılmasa, İspaniya qatılmamalıdır" – deyə vurğulayıb.
Urtasun həmçinin Madrid şəhərində keçirilən "La Vuelta" veloyürüşünün final mərhələsinin İsrail əleyhinə aksiyalar səbəbindən yarımçıq dayandırıldığını xatırladaraq, "Mədəni və idman tədbirləri soyqırımı legitimləşdirməməlidir" – fikrini səsləndirib.
Nazir, koalisiya hökumətinin kiçik ortağı olan "Sumar" ittifaqının sözçüsü kimi son aylarda İspaniyanın İsrailə qarşı daha sərt mövqe tutduğunu da qeyd edib. O, ana müxalifətdəki Xalq Partiyasını (PP) isə "etibarsız mövqe sərgiləməkdə" ittiham edib.
Hazırda bir sıra Avropa ölkələri İsrailin "Eurovision"a qəbuluna etiraz edir. İrlandiya, Sloveniya və Niderland artıq rəsmi şəkildə 2026-cı ildə müsabiqəyə qatılmayacaqlarını açıqlayıb. İslandiya, Belçika və İspaniya isə iştirakla bağlı qərarı İsrailin qəbul edilməsindən asılı olaraq verəcəklərini bildiriblər.
Oxşar xəbərlər
Açıq-saçıq rollara çəkilməyən Cessika Albanı Hollivud silmək istədi amma...
Aktrisa Cessika Alba sənətə gəldiyi ilk vaxtlarda sənəti və gözəlliyi ilə tez zamanda şöhrətin zirvəsinə yüksəldi. Bir neçə filmdə çəkildikdən sonra Hollivudu p...
