iPhone 16e-nin mənfi və müsbət tərəfləri bilinib

Yeni iPhone 16e bazarda qarışıq reaksiyalara səbəb olub. Bir çox istifadəçi yeni məhsula biganə qalıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, analitiklər qadcetin üstünlüklərini və mənfi cəhətlərini təhlil ediblər.
Mütəxəssislərin apardığı sorğu göstərib ki, amerikalı respondentlərin 72,9%-i qurğuya o qədər də maraq göstərməyib, 63,3%-i isə bu iPhone modelinin aşağı qiymətinin Apple şirkətinin imicinə mənfi təsir göstərə biləcəyinə inanıb.
Bununla belə, artıq iPhone 16e-ni alanların əksəriyyəti onu müsbət qiymətləndirir. İstifadəçilər smartfonun münasib qiymət (72,3%), uzadılmış batareya ömrü (67,4%), yenilənmiş prosessor (36,2%) və uzunmüddətli yeniləmə dəstəyi (23,2%) kimi üstünlüklərini qeyd ediblər.
Analitiklər belə qənaətə gəliblər ki, bu telefon köhnə iPhone modellərinin sahibləri və Apple cihazlarından istifadə etməyə başlamaq istəyən Android istifadəçiləri üçün ən cəlbedici olacaq. Eyni zamanda, bu seriyanın seçilməsində əsas amil 599 dollardan başlayan məhsulun dəyəri olaraq qalır.
Oxşar xəbərlər
Məşhur çimərlikdə insan qalıqları tapılmağa başladı
İspaniyanın məşhur çimərliklərində insan qalıqları aşkarlanması yerli əhali və turistlərin ciddi narahatlığına səbəb olub. BAKU.WS xarici KİV-ə istinadən xəbər...
