Dünyanın ən nəhəng banklarının 2 milyon işçisi işsiz qalacaq - PROQNOZ

Bankçılıq sektorunun nəhənglərindən olan JP Morgan qlobal iqtisadiyyatla bağlı narahatedici proqnoz açıqlayıb.
BAKU.WS xəbər verir ki, bankın hesablamalarına görə, qarşıdakı dövrdə ABŞ-də təxminən 2 milyon insan işsiz qala bilər. Bununla yanaşı, JP Morgan ölkənin 2025-ci il üçün iqtisadi artım proqnozunu da 1,6 faiz bəndi azaldaraq mənfi göstəriciyə endirib.
Qlobal bazarlarda dalğalanmalar davam edərkən, ABŞ-nin idxal mallarına tətbiq etdiyi əlavə gömrük rüsumlarının təsiri ilə demək olar ki, bütün fond birjalarında ciddi itkilər müşahidə olunur. Belə bir fonda JP Morgan-ın paylaşdığı proqnozlar daha da diqqət çəkib.
Bankın fikrincə, prezident Donald Trampın açıqladığı gömrük tarifləri ABŞ iqtisadiyyatını durğunluğa sürükləyə bilər. Mütəxəssislər bu vəziyyətin nəticəsi olaraq işsizlik səviyyəsinin ciddi şəkildə arta biləcəyini və milyonlarla amerikalının iş yerini itirəcəyini qeyd edirlər.
Oxşar xəbərlər
Bred Pitt Ancelina Colidən ayrıldıqdan sonra bundan əziyyət çəkib
Hollivud ulduzu Bred Pittlə yeni fakt ortaya çıxıb. BAKU.WS xəbər verir ki, onun keçmiş həyat yoldaşı Ancelina Colidən ayrıldıqdan sonra alkoqol aslılğından əz...
