Çin NATO-ya xəbərdarlıq edib
Çinin Avropa İttifaqındakı diplomatik missiyası NATO-nu Asiya qitəsinin işlərinə qarışmağı dayandırmağa çağırıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Çin haqqında yanlış təsəvvürünü düzəltməli və Asiya-Sakit Okean regionunun işlərinə qarışmamalıdır. Bunu Çinin Aİ- dəki diplomatik missiyası NATO-nun baş katibi Mark Ruttenin alyansın Hind-Sakit okean regionunda tərəfdaşları ilə əlaqələrin gücləndirilməsi zərurəti barədə sözlərini şərh edərkən bildirib:
"Çin NATO-nu Soyuq Müharibə təfəkküründən əl çəkməyə, Çin haqqında yanlış fikirləri düzəltməyə, Asiya-Sakit Okean regionunun işlərinə qarışmağı dayandırmağa, dünya sülhü və sabitliyinə töhfə verən daha çox işlər görməyə çağırır" .
Oxşar xəbərlər
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Hörmüz boğazında qayda pozan, İranın müəyyən etdiyi marşrutdan kənar üzən gəmilər təhlükə altındadır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran...