Bred Pittin filmi bir neçə günə 114 milyon dollar qazandırdı

Bred Pittin filmi bir neçə günə 114 milyon dollar qazandırdı
Foto
Dünya 114

Hollivud ulduzu Bred Pittin baş rolunu oynadığı "F1: The Movie" dünya miqyasında böyük uğura imza atıb. 

BAKU.WS xəbər verir ki, ekran işinin sadəcə ABŞ-dəki nümayişindən 55,6 milyon dollar qazanc əldə edilib. 

Ümumi olaraq isə film 114 milyon dollar gəlir gətirib. Ekran işinin cəmi bir neçə gündür yayımlanmasına baxmayaraq bu qədər gəlir gətirməsi böyük uğur hesab edilir. 

"Variety"nin məlumatına görə, kinoteatrlara olan marağın son zamanlar azaldığını nəzərə alsaq, "F1: The Movie"nin kassa göstəriciləri kino sənayesi üçün böyük əhəmiyyət kəsb edir.

250 milyon dollar büdcə ilə çəkilən film, kassa uğuru ilə də Apple Original Films üçün yeni bir çığır açıb.

"Deadline"nın  yaydığ məlumata görə, film "Apple"ın ən çox gəlir gətirən istehsalı olub.

Xatırladaq ki, aktyorun rol aldığı  və 200 milyon dollar büdcəsi olan "F1: The Movie" filmi ilk dəfə bu il iyunun 27-də nümayiş olunub. 

Formula həsəkarlarının həyəcanla gözlədiyi ekran işində Bred "Sonny Hayes" adlı bir pilotunu canlandırıb.

Filmin rejissoru Cozef Kasinskidir. 

Son xəbərlər