Almanların 70 faizi ordunun ölkəni qoruya biləcəyinə inanmır
Almaniyada keçirilən yeni ictimai rəy sorğusu göstərib ki, əhalinin böyük əksəriyyəti ölkə ordusunun mümkün hücum qarşısında Almaniyanı müdafiə etmək gücündə olduğuna inanmır.
BAKU.WS xəbər verir ki, YouGov şirkətinin iyunun 17-dən iyulun 1-dək 2 079 nəfərin iştirakı ilə keçirdiyi sorğuya əsasən, respondentlərin 70 faizi Bundesverə etimad göstərmədiyini bildirib. Cəmi 21 faiz iştirakçı ordunun ölkəni qoruya biləcəyini düşündüyünü deyib, 8 faiz isə suala cavab verməyib.
Araşdırmada iştirak edən ölkələr arasında orduya etimadın ən aşağı olduğu dövlətin Almaniya olduğu qeyd edilib.
Sorğunun nəticələrinə görə, respondentlərin 40 faizi ölkənin müdafiə büdcəsini kifayət hesab etmir. Bununla yanaşı, iştirakçıların 77 faizi müdafiə xərclərinin artırılması üçün vergilərin yüksəldilməsinə qarşı çıxıb.
Bundan başqa, respondentlərin 62 faizi müdafiə büdcəsini artırmaq məqsədilə dövlət xidmətlərində ixtisarların aparılmasını dəstəkləmədiyini, 59 faizi isə hökumətin əlavə borclanmasının əleyhinə olduğunu bildirib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən sonra Almaniya müdafiə imkanlarını gücləndirmək istiqamətində addımlar atır. Berlin hökuməti müdafiə xərclərini 2029-cu ilədək 86 milyard avrodan 153 milyard avroya çatdırmağı planlaşdırır. Həmçinin 2035-ci ilə qədər peşəkar hərbçilərin sayının 184 mindən 260 minə, ehtiyat qüvvələrinin isə 200 min nəfərə yüksəldilməsi nəzərdə tutulur.
Bununla belə, ekspertlər bu hədəflərə çatmağın çətin olacağını bildirirlər. Almaniyada 2011-ci ildə ləğv edilən məcburi hərbi xidmətin bərpası da yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə gənclər arasında bu təşəbbüsə qarşı narazılıq davam edir.
Oxşar xəbərlər
Netanyahu Vaşinqtonda Trampla görüşəcək
Netanyahu Vaşinqtonda Trampla görüşəcək. BAKU.WS xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu rəsmi səfər çərçivəsində bu gün ABŞ-nin paytaxtı Vaşinqt...