Almaniyada yaşayanların DİQQƏTİNƏ! Hər evdə 10 günlüyə qədər fövqəladə ehtiyat saxlanılmalıdır

Almaniyada yaşayanların DİQQƏTİNƏ! Hər evdə 10 günlüyə qədər fövqəladə ehtiyat saxlanılmalıdır
Dünya 132

Almaniyanın Federal Mülki Müdafiə və Fövqəladə Yardım İdarəsi (BBK) tərəfindən hazırlanan "Kriz və Fəlakətlərə Hazırlıq" adlı yeni hesabatda hər bir ailəyə 3–10 günlüyə qədər ərzaq və gündəlik zəruri ləvazimat ehtiyatı saxlamaq tövsiyə edilib.

BAKU.WS xəbər verir ki, hesabatda qeyd olunur ki, Almaniya dünyanın ən təhlükəsiz ölkələrindən biri olsa da, təbiət hadisələri, kiberhücumlar, dezinformasiya və sabotaj kimi halların ölkənin infrastrukturu və ictimai sabitliyi üçün risk yaratma ehtimalı artıb.

Sənəddə həmçinin bildirilib ki, artıq müharibə riski bir neçə il öncə olduğu qədər "qeyri-mümkün" hesab edilmir.

BBK tərəfindən hazırlanan broşürdə su, qida, tibbi ləvazimat və gigiyena vasitələri kimi zəruri məhsulların siyahısı təqdim olunub. Məqsəd, fövqəladə vəziyyət zamanı yardımlar gələnədək vətəndaşların öz ehtiyaclarını müvəqqəti qarşılaya bilməsi üçün hazırlıqlı olmalarıdır.

Son xəbərlər