Almaniyada məhkum həbsxanada onun ziyarətinə gələn həyat yoldaşını öldürüb - İDDİA
Almaniyada bir məhkumun onu ziyarətə gələn həyat yoldaşını həbsxanada qətlə yetirdiyi irəli sürülüb.
BAKU.WS xəbər verir ki, alman mediasının Stendal Prokurorluğuna istinadən yaydığı məlumatlara görə, 35 yaşlı qadın, həbsdə olan ərini ziyarət etdikdən sonra görüş otağında ölü tapılıb.
Prokurorluq məhkum barəsində həyat yoldaşını qəsdən öldürmək ittihamı ilə istintaqa başlayıb.
Magdeburq yaxınlığındakı Burg həbsxanasında cəza çəkən 37 yaşlı kişi məhkumun, həyat yoldaşı ilə uzunmüddətli görüş üçün ayrılmış və daim müşahidə olunmayan xüsusi bir otaqda tək olduqları bildirilib.
Həmin otaqlarda adətən nə səs, nə də görüntü nəzarəti aparılmadığı qeyd olunub.
Qadının cəsədi məhkəmə-tibbi ekspertiza üçün aidiyyəti quruma aparılıb.
Oxşar xəbərlər
Tramp: İranla müharibənin uzanması iqtisadi böhrana səbəb ola bilər
ABŞ Prezidenti Donald Tramp G7 sammitindən sonra keçirdiyi mətbuat konfransında İranla hərbi qarşıdurmanın davam etməsinin ciddi iqtisadi nəticələr doğura biləc...