Almaniyada festivalda attraksion qəzası – 5 nəfər xəsarət alıb
Almaniyanın Bavariya əyalətində keçirilən yaz festivalı zamanı attraksion qəzası baş verib. Bayreuth şəhərindəki tədbirdə dönən yelləncək texniki nasazlıq səbəbindən idarəolunmaz vəziyyətə düşüb.
BAKU.WS iha-ya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 18:00 radələrində baş verib. Bütün oturacaqları dolu olan yelləncək yerdəyişmə zamanı sürətini azaltmayıb və oturacaqlar ətrafdakı reklam dirəklərinə çırpılıb.
Qəza nəticəsində 10-32 yaş aralığında olan 5 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti orta, 2-nin isə yüngül dərəcəli qiymətləndirilib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.
Prokurorluğun göstərişi ilə hadisənin təfərrüatları araşdırılmağa başlanılıb.
Oxşar xəbərlər
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Hörmüz boğazında qayda pozan, İranın müəyyən etdiyi marşrutdan kənar üzən gəmilər təhlükə altındadır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran...