Almaniya İranla münaqişəyə qarışma seçimlərini dəyərləndirir
Almaniya İranla savaşa birbaşa qatılmaq və ya müttəfiqlərinə hərbi dəstək vermək imkanlarını nəzərdən keçirir.
BAKU.WS GLZRadio-ya istinadən xəbər verir ki, Almaniya hökuməti iki fərqli ssenarini qiymətləndirir: birincisi birbaşa hərbi əməliyyatlarda iştirak etmək, ikincisi isə müttəfiqlərə hərbi dəstək təmin etməkdir. Bu dəstək logistika, hərbi texnika təminatı, kəşfiyyat paylaşımı və regional əməliyyatlara yardım kimi istiqamətləri əhatə edə bilər.
Mütəxəssislər bu addımların münaqişəni yalnız Orta Şərqdə deyil, eyni zamanda Avropaya da təsir edə biləcək təhlükəli mərhələyə keçirə biləcəyini bildirirlər.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İranın hədəflərinə hərbi əməliyyatlar həyata keçirib. İran da İsrail və ABŞ-nin regiondakı bazalarına, o cümlədən Qətər, BƏƏ və Bəhreynə qarşı əks-hücum tədbirləri həyata keçirib. Bu hücumlarda İran lideri Ayətullah Əli Xamenei və bir sıra yüksək rütbəli rəsmi şəxslər həlak olub.
Oxşar xəbərlər
Məsud Pezeşkian: ABŞ qalib gəlməyəcək, dünya ağır bədəl ödəyəcək
İran prezidenti Məsud Pezeşkian ABŞ ilə bağlı açıqlamasında müharibənin heç bir tərəfə fayda verməyəcəyini bildirib. BAKU.WS xəbər verir ki, Pezeşkian Pakistan...