Almaniya hökuməti İstanbul merinin həbsini pisləyib
19
mar
2025
23:23
Almaniya hökuməti İstanbul meri Əkrəm İmamoğlunun həbsini pisləyib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sebastian Fişer brifinqdə bildirib.
"İstanbul meri Əkrəm İmamoğlu və Türkiyədə bir çox digər şəxslərin həbsi Bosfor ölkəsində demokratiyaya ciddi zərbə, merə qarşı artan hüquqi təzyiqin davamıdır", - o qeyd edib.
Onun sözlərinə görə, Almaniya hökuməti Türkiyə hakimiyyəti ilə daim təmasdadır və bu məsələni onlarla müzakirə etmək niyyətindədir.
Oxşar xəbərlər
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Hörmüz boğazında qayda pozan, İranın müəyyən etdiyi marşrutdan kənar üzən gəmilər təhlükə altındadır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran...