Aİ Gürcüstan məmurları üçün viza rejimi tətbiq edib

Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız rejimin qismən dayandırılmasına qərar verib və artıq məmurlar və diplomatlar üçün viza rejimi bərpa edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas Brüsseldə ittifaqa üzv ölkələrin xarici işlər nazirlərinin toplantısından əvvəl bildirib.
"Hazırda Aİ-yə diplomatik pasport sahibləri (yəni gürcü diplomatlar - red.) üçün vizasız giriş ləğv edilib. Hökumət üçün nəzərdə tutulmuş maliyyə dəstəyini isə ictimai təşkilatlara yönləndirmişik",-deyə o, əlavə edib.
Avropa Komissiyası ötən ilin dekabrında Gürcüstanla xidməti və diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılmasını rəsmi şəkildə təklif edib.
Həmçinin ötən il Aİ nazirləri Gürcüstan hökumət nümayəndələrinə qarşı sanksiyaların tətbiqini müzakirə ediblər. Bu müzakirələrdə sözügedən məmurların dinc etirazçılara qarşı zorakılıqda iştirak etdikləri iddia olunurdu. Lakin bu məsələdə vahid qərara gəlinməyib.
Oxşar xəbərlər
Misir prezidenti Moskvaya yola düşüb
Misir prezidenti Əbdülfəttah əs-Sisi Qələbə Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Moskvaya yola düşüb. BAKU.WS xəbər verir ki,...
