ABŞ-İran texniki danışıqları təxirə salındı
19
iyn
2026
12:02
ABŞ və İran arasında keçirilməsi planlaşdırılan texniki danışıqlar təxirə salınıb.
BAKU.WS xəbər verir ki, Ağ Ev ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İsveçrəyə planlaşdırılan səfərinin hələlik təxirə nsalındığını açıqlayıb. İsveçrə Xarici İşlər Nazirliyi də bu gün tərəflər arasında hər hansı görüşün baş tutmayacağını təsdiqləyib.
Məlumata görə, texniki danışıqlarda İranın nüvə proqramı, yüksək zənginləşdirilmiş uran ehtiyatları və beynəlxalq nəzarət mexanizmləri müzakirə olunmalı idi. Görüşün yeni tarixi isə hələ açıqlanmayıb.
Oxşar xəbərlər
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Hörmüz boğazında qayda pozan, İranın müəyyən etdiyi marşrutdan kənar üzən gəmilər təhlükə altındadır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran...