SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Londonda vəfat edib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, 30 yaşlı Aysultan Nazarbayevin ölümünə səbəb ürək tutması olub.

Hadisənin təfərrüatları barədə geniş məlumat yoxdur.

Qeyd edək ki, daha əvvəl Aysultan Nazarbayevin Böyük Britaniyadan siyasi sığınacaq istəməsi barədə məlumat verilmişdi.

Gənc oğlan ailəsinin ona təzyiq göstərdiyini söyləyirdi.

BAKU.WS