SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa İttifaqına üzv olan 27 ölkə koronavirusun səbəb olduğu problemlərin aradan qaldırılması üçün 750 milyard avroluq iqtisadi paketin formalaşması ilə bağlı razılıq əldə ediblər.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, 5 gündür davam edən müzakirələr nəticəsində ölkələr ortaq məxrəcə gələ biliblər.

İqtisadi proqram 2021-2027-ci illəri əhatə edəcək.

Proqram çərçivəsində ölkələrə güzəştli kreditlərin verilməsi nəzərdə tutulub.

BAKU.WS