SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya koronavirusa yoluxub.

BAKU.WS “ria.ru”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti rəsmi məlumat yayıb.

Verilən məlumata görə, Yelena Zelenskayadan götürülən COVID-19 testinin cavabı müsbət çıxıb.

Qeyd edilir ki, hazırda prezident xanımı ambulator müalicədədir.

Məlumata görə, V.Zelenski və uşaqlarında isə koronavirus testi neqativ çıxıb.

Xatırladaq ki, bir müddət əvvəl Vladimir Zelenski koronavirusa yoluxmaq istədiyini bildirib. Onun sözlərinə görə, koronavirusa yoluxmaq istəyir ki, bir daha insanlara bu xəstəliyin vəba olmadığını sübut etsin.

BAKU.WS