SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə son 24 saat ərzində daha 24 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 609 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 867 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 166 422 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 931 nəfər olmaqla 130 852 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 52 305 test aparılıb.

BAKU.WS