Türkiyədə azərbaycanlıların olduğu avtomobil qəzaya düşdü, 3 nəfər öldü

23
may
2020
15:49
Türkiyənin Trabzon şəhərinin Of rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Of-Çaykara avtomobil yolunda qeydə alınıb.
Azərbaycan vətəndaşı Fariz Farizovun idarə etdiyi avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb və yanmağa başlayıb.
Hadisə nəticəsində avtomobildə olan və çay plantasiyasında işləyən 3 azərbaycanlı yanaraq ölüb, sürücü isə yanıq xəsarətləri ilə Of Dövlət Xəstəxanasına çatdırılıb.
Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Dünyada koronavirusa yoluxanların və ölənlərin sayı artır
Dünyada koronavirusa yoluxanların sayı son sutkada 83 min nəfərə yaxın artıb ki, bu da əvvəlki gündən 6 min çoxdur. BAKU.WS xəbər verir ki, ümumilikdə koronavir...
