VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Tesla” şirkətinin sahibi İlon Mask avtomobil istehsalına yenidən başlayacaqlarını açıqlayıb.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, Mask Tvitterdəki hesabında etdiyi paylaşımda qadağalara meydan oxuyub:

“Mən də bu gün hər kəs kimi meydanda olacağam. Biri həbs edilərsə, o şəxsin özüm olmağını istəyirəm”.

 

Qeyd edək ki, ildə 415 min avtomobil istehsal edən “Tesla” zavodu koronavirus pandemiyasına görə 23 martdan etibarən fəaliyyətini dayandırıb. San-Fransisko şəhəri yaxınlığında yerləşən zavodda 10 minə yaxın işçi çalışır.

Mask daha öncə də istehsalın başlamasına icazə verilməsini istəmiş, əks təqdirdə zavodu Nevada ştatına daşıyacağı ilə təhdid etmişdi.

BAKU.WS