SİZİN REKLAM BURADA!
055 213 76 73


Norveç Dövlət Pensiya Fondu tarixdə ilk dəfə koronavirus pandemiyası səbəbindən yaranmış büdcə kəsirini qapamaq üçün aktivlərini satmağa məcbur olacaq.

BAKU.WS “Bloomberg”ə istinadən xəbər verir ki, Norveç Bankı aktivlərin satış mexanizminin iqtisadi böhran şəraitində manevr üçün imkanlar yaratdığını bildirib.

Daha əvvəl Norveç hökuməti koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan məhdudlaşdırıcı tədbirlər səbəbi ilə bu il büdcə kəsirinin 20 milyard ABŞ dollarına çata biləcəyini açıqlamışdı.

Əlavə edək ki, mayın 7-də Norveç Bankı koronavirus pandemiyası fonunda tarixi ərzində ilk dəfə əsas faiz dərəcəsini sıfıra endirib. Bankdan verilən məlumata görə, pandemiyanın iqtisadiyyat üçün yaratdığı fəsadlara görə faiz dərəcəsi uzun müddət mövcud səviyyədə qalacaq. 

BAKU.WS