SİZİN REKLAM BURADA!
055 213 76 73


Fontanın üstündə selfi çəkmək istəyən qız qəzaya səbəb olub.

BAKU.WS “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Ukraynada baş verib. Gənc qız bacısı ilə birlikdə Kiyev vilayətinin Boyarka şəhərində gəzərkən şəkil çəkdirmək istəyib.

O, bunun üçün fontanın üstünə çıxıb. Qız selfi çəkib və düşərkən ehtiyatsızlıqdan yıxılıb. Nəticədə fontan sınıb və qızla birlikdə yerə düşüb.

Hadisə nəticəsində fontan yararsız hala düşüb. Fakt polis nəzarətinə götürülüb.

BAKU.WS
VİDEO